Bərdənin Lənbəran kənd tam orta məktəbi tam qəzalı vəziyyətdədir.
Təhsil365 xəbər verir ki, bu barədə Bərdə rayon Lənbəran kənd tam orta məktəbdən məlumat verilib. Bildirilib ki,
“Lənbəran kəndində ilk məktəb (Rus-Tatar məktəbi) 1882-ci ildə istifadəyə verilib.
Dövlət həmin məktəbin 100 illiyinə hədiyyə olaraq indiki məktəbi 1983-cü ildə istifadəyə verib.
Həmin məktəb qapalı ve açıq idman zalı olmaqla bir neçə korpuslu, 1176 yerlikdir.
Məktəbdə hazırda 504 şagird, 47 müəllim və 21 texniki işçi var. Məktəbin yenidən qruıması üçün dəfələrlə məlumat Elm və Təhsiı Nazirliyinə verilsə də illərdir ki, bir tədbir görülməyib”.