Təhsil 365 - Logo Mobile

BSU-da tələbənin imtahan sualı naməlum səbəbə görə ləğv edilib? - ŞİKAYƏT

9205.06.2024 - 15:35
BSU-da tələbənin imtahan sualı naməlum səbəbə görə ləğv edilib? - ŞİKAYƏT

Bakı Slavyan Universitetində tələbənin imtahan sualı naməlum səbəbə görə ləğv edilib.

Məsələ ilə bağlı “Təhsil365” İnformasiya Agentliyinə Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakultəsinin İngilis dili müəllimliyi ixtisasında təhsil alan Qarayeva Fatimə tərəfindən şikayət daxil olub. Şikayətdə deyilir.

“İyun ayının dördü mən gedib dilçilik fənnindən imtahan verdim. imtahan başladıqdan sonra bir-iki cümlə yazmışdım nəzarətçi yaxınlaşdı mənə dedi ki, bu gel qaləmidir? məndə dedim isdyirsizsə dəyişə bilərəm. Bu yəni özü yazıb-pozan qələm deyildi. Normal adi qələm idi. Sadəcə qələmin rəngi biraz açıq idi. O da mənə dedi ki, mən səf saldım. Mənə heçnə demdi. Ondan sonra yazdım imtahan suallarını bitirdim. Gətirdim nəzarətçiyə təhvil verdlm. O da bizdən işi təhvil alanda imzalayır. Sonra mənə dedi ki, heç bir problem yoxdur gedə bilərsən. Bu günləri də deyilir ki, mənim heç işim gedib müəllimə çatmayıb, müallim də heç yoxlaya bilməyib işimi. Əvvəlcədən ləğv ediblər. Gel qaləmə görə bəs belə idisə nece olur nəzarətçi orda mənə bu barədə məlumat vermədi?” - Deyə qeyd edilib.

Təhsil365 xəbər portalı tərəfindən Bakı Slavyan Universiteti ilə əlaqə saxıasaqda saytımıza əsaslı cavab verən olmadı.

Qeyd edək ki, Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib. Nazirlikdən verilən məlumata əsasən məsələ araşdırılaraq “Təhsil365”ə məlunat veriləcəkdir.

Elmina Muxtarlı

News Feed

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35