Təhsil 365 - Logo Mobile

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib

3407.08.2024 - 08:20
Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.

Dövlət İmtahan Mərkəzindən “Tehsil365”ə bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35