Təhsil 365 - Logo Mobile

Hicablı müəllimlərin müsahibədən kəsilməsi iddialarına RƏSMİ CAVAB

10528.08.2024 - 06:00
Hicablı müəllimlərin müsahibədən kəsilməsi iddialarına RƏSMİ CAVAB

Məlum olduğu kimi, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

"Tehsil365"in məlumatına görə, 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb.

Sosial şəbəkədə bir çox namizdələr hicablı şəxslərin qərəzli formada müsahibədən kəsildiklərini iddia edirlər. Onların sözlərinə görə, müsahibə mərhələsində uğurla çıxış edilsə də, hicablı olduqları üçün mərhələ adlaya bilməyiblər.

Məsələ ilə bağlı İnsan Resursları Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən "Tehsil365"ə bildirildi ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılır və uyğun olmayan şəxslər də uğur qazanmır.

"Fərqli hansısa meyar yoxdur", - deyə qurumun cavabında qeyd olunub.

Xatırladaq ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.

Elmina Muxtarlı

News Feed

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35