Təhsil 365 - Logo Mobile

Bakı İlahiyyat Kollecinin tələbəsi olmaq istəyənlərin NƏZƏRİNƏ

3009.09.2024 - 10:20
Bakı İlahiyyat Kollecinin tələbəsi olmaq istəyənlərin NƏZƏRİNƏ

Dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 3-8 sentyabr tarixlərində aparılıb və müddət ərzində 25 nəfər qeydiyyatdan keçib.

Tehsil365 xəbər verir ki, dini mənəvi xidmət ixtisası üzrə Dini-Psixoloji Komissiya 10 sentyabr 2024-cü il tarixində Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər boş qalan yerlərə ixtisas seçimi zamanı tam orta təhsil bazasında orta ixtisas təhsili səviyyəsinə aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin Dini mənəvi xidmət ixtisasını da seçə bilərlər.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35