Təhsil 365 - Logo Mobile

“Nazirlik tərtib etdiyim sualı oğurlayıb” - İDDİA+VİDEO

4607.08.2023 - 07:00
“Nazirlik tərtib etdiyim sualı oğurlayıb” - İDDİA+VİDEO

Şəmkirdə yaşayan, müəllimlik və repetitorluqla məşğul olan Tamara Abdullayeva iddia edir ki, iyulun 15-də texnologiya fənni üzrə müəllimlərin işə qəbulu imtahanına salınmış 40 ixtisas sualının bir çoxu onun hazırlıq üçün tərtib etdiyi test bankından götürülüb. 

Təhsil365 Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatı imtahanda iştirak edənlərdən aldığını deyən T.Abdullayevanın sözlərinə görə, bu hal onun müəlliflik hüquqlarının pozulmasıdır.

T.Abdullayeva deyir ki, onda şübhə yaradan digər hal texnologiya fənni üzrə imtahana salınan sualların ictimai müzakirəyə çıxarılmamasıdır. Bu isə tək onun yox, imtahanda iştirak edənlərin də hüquqlarının pozulmasıdır və o, məsələ ilə bağlı artıq Elm və Təhsil Nazirliyinə müraciət edib.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, iddia tamamilə əsassızdır. Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına daxil edilən suallar xüsusi ekspert qrupu tərəfindən uzunmüddətli proses nəticəsində hazırlanır. Emal prosesində nəinki hansısa test bankı, ümumiyyətlə heç bir vəsaitdən istifadə edilmir. Vaxtaşırı gündəmə gələn bu cür iddialar isə sadəcə repetitorların asan yolla tanınmaq arzusunun nəticəsidir”, - deyə nazirlikdən bildirilib.

Aydan Ələkbərova

News Feed

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35