Təhsil 365 - Logo Mobile

Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

7227.09.2024 - 14:40
Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başlayıb.

Tehsil365 xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Belə ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçərək xidmətlər bölməsindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olunanlar sırasından xaric ediləcəklər.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35