Təhsil 365 - Logo Mobile

2 kollecə direktor müavinləri təyin olunub

3515.10.2024 - 06:20
2 kollecə direktor müavinləri təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib.

Bildirilib ki, Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. O, 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.

Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.

Elmina Muxtarlı

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35