Təhsil 365 - Logo Mobile

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib - FOTO

2406.12.2024 - 15:40
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib - FOTO

Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, açılış tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İ.Rəsulova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Şöbə müdiri uşaq bağçalarının işinin yüksək tələblər səviyyəsində təşkili istiqamətində atılan addımlara diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.  

Sonda qonaqlar bağçada yaradılmış şəraitlə tanış olub, qruplara baxış keçiriblər.

Qeyd edək ki, yeni istifadəyə verilən 100 yerlik uşaq bağçasında hazırda 75 uşağın təlim tərbiyəsi ilə 8 pedaqoji işçi məşğul olur.

Onu da qeyd edək ki, 2024-cü ildə paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35