Təhsil 365 - Logo Mobile

Simuzər Paşayevanın qələmə aldığı şeirlər - "Ana", "Hicran"

20616.12.2024 - 16:40
Simuzər Paşayevanın qələmə aldığı şeirlər - "Ana", "Hicran"

Həm yazıçı, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi olan Simuzər Paşayeva “Ana” və “Hicran” adlı şeirlərini bizimlə bölüşüb.

Tehsil366 xəbər portalı həmin şeirləri təqdim edir.


“Ana”

Ömrünə ömrümü qurban verərəm,

Gülən gözlərinə heyranam, Ana

Dediyin hər sözə ay can deyərəm,

Bütün sözlərinə qurbanam, Ana.


Həyat hekayəmin əsası sənsən,

Gözəl baxışına vurğunam, Ana.

Dəyərli anların mənası sənsən,

Sənli günlərimə qurbanam, Ana.


“Hicran”

Sevirəm sözünü deməyəydin kaş

Sevən sevdiyinə bunu edərmi?

Bütün xəyalların əlindən alıb

Cəhənnəm oduna atıb gedərmi?


Arzular, istəklər puç olub daha

İnanma o güvən qayıda geri

Haqsız incidərək atdığın qadın

Bağışla, desən də qəbul edərmi?


Onun saçlarına ağ düşüb inan

Gülən gözlərində kədər izi var

Qəm-qüssə içində boğulan insan

Taleyə uduzub qəhrini udar

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35