Təhsil 365 - Logo Mobile

Uşaq bağçasının müdiri işdən azad EDİLDİ

3320.12.2024 - 19:20
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Bu barədə “Tehsil365”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib.

Aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlar nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 61 nömrəli uşaq bağçasının müdiri işdən azad edilib. 

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35