Təhsil 365 - Logo Mobile

Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib

5321.12.2024 - 09:15
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib

Dekabrın 20-də Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrində çalışan gənc tərbiyəçi-müəllimlərin iştirakı ilə Təhsil Forumu keçirilib.

Tehsil365 xəbər verir ki, forumda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Agentliyin direktoru Eşqi Bağırov çıxışında məktəbəqədər təhsil sahəsində qarşıda duran əsas və nəticəyönümlü hədəflər barədə danışıb. Məktəbəqədər təhsilin əhatəliliyinin təmin olunması məqsədilə son illər həyata keçirilən yeni modellər və gələcək planlar barəsində məlumat verib.

Eşqi Bağırov müasir təhsil siyasəti və tələblərinə uyğun olaraq məktəbəqədər təhsil fəaliyyətinin formalaşdırmasında, dəyişən təhsil tələblərinə uyğun yeniliklərin tətbiq edilməsində tərbiyəçi-müəllimlərin rolunu xüsusi vurğulayıb.

Daha sonra forum Agentliyin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib.

Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd məktəbəqədər təhsilin inkşafına töhfə vermək, gənc tərbiyəçi-müəllimlərin peşəkar inkişafını dəstəkləmək, onlar arasında şəbəkələşməni gücləndirmək və müsbət təcrübənin ötürülməsini təmin etməkdir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35