Təhsil 365 - Logo Mobile

Bağçalar üçün ayrılan qrant proqrama 500-dən çox uşaq cəlb edilib

3628.12.2024 - 09:40
Bağçalar üçün ayrılan qrant proqrama 500-dən çox uşaq cəlb edilib

“Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramına 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.

Tehsil365 xəbər verir ki, Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan edilib. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 890 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 19133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35