Təhsil 365 - Logo Mobile

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilib

4608.01.2025 - 16:40
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilib

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 890 məktəbdə 1177 icma əsaslı qrup təşkil edilib.

"Tehsil365”ə xəbər verir ki, hazırda bu qruplara 19 133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.
Layihəyə 2017-ci ildə start verilib. Layihənin məqsədi ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması və uşaqların 4 inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşdırılmasıdır.

Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35