Təhsil 365 - Logo Mobile

7000-dən çox şagird orta məktəbdə peşə təhsili alır

3209.01.2025 - 20:00
7000-dən çox şagird orta məktəbdə peşə təhsili alır

Hazırda “Peşə təmayüllü siniflər” layihəsi 249 məktəb, 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1087 müəllim heyətini əhatə edir. 

Elm və Təhsil Nazirliyindən “Tehsil365”ə verilən məlumata görə, layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür-pedikür, ofisiant-barista, foto-videoqraf, telefon təmiri ustası, “help desk” mütəxəssisi, qrafik dizayner və kompüter operatoru ixtisasları tədris edilir.

Layihənin tətbiqinə 2019-2020-ci tədris ilindən başlanılıb. Məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. 

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35