Təhsil 365 - Logo Mobile

Jurnalistikada süni intellekt texnologiyalarının rolu ilə bağlı tədqiqat aparılıb

3710.01.2025 - 11:00
Jurnalistikada süni intellekt texnologiyalarının rolu ilə bağlı tədqiqat aparılıb

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalovanın “Jurnalistikada süni intellekt texnologiyalarının rolu” adlı məqaləsi “Ağıllı mühit və yaşıl texnologiyalar” (International Conference on Smart Environment and Green Technologies – ICSEGT2024) mövzusunda keçirilən beynəlxalq konfransın materiallarında dərc olunub.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

Məqalədə süni intellekt texnologiyalarının jurnalistikaya tətbiqi ilə bağlı mövcud vəziyyət və jurnalistikanın yeni yaranan media tendensiyalarına inteqrasiyası məsələləri araşdırılıb, süni intellektli çatbotlar, sentiment analiz və ChatGPT barədə ətraflı məlumat verilib. Həmçinin qaydalarla idarə olunan və süni intellektli çatbotların müqayisəli analizi aparılıb. Bundan əlavə, jurnalistikada çatbotlardan istifadənin üstünlükləri araşdırılıb və ChatGPT-ni digər çatbotlardan fərqləndirən xüsusiyyətlər və bu sahədəki mövcud problemlər müəyyən olunub.

CSEGT2024 konfransına qəbul olunmuş məqalələr nüfuzlu “Springer” bazasına daxil olan kitab seriyasında da dərc olunub.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35