Təhsil 365 - Logo Mobile

Türkiyədə pulsuz təhsil almaq istəyənlərin nəzərinə: qeydiyyat başlayıb

3712.01.2025 - 11:55
Türkiyədə pulsuz təhsil almaq istəyənlərin nəzərinə: qeydiyyat başlayıb

Xarici tələbələr üçün nəzərdə tutulan “Türkiye Bursları” təqaüd proqramına qeydiyyat başlayıb.

Tehsil365 xəbər verir ki, bu proqramda tələbələrə universitetə qəbul, pulsuz təhsil, yataqxana, qidalanma, tibbi sığorta, təyyarə bileti və üstəlik əlavə təqaüd təklif edilir. Uğurla təhsil alan tələbələrə ikiqat təqaüd almaq imkanı verilir.

Proqrama müraciət edən nümizədlər universitetə universitetlərin qəbul imtahanlarından kənar qaydada, birbaşa təqaüd komissiyasının qərarı ilə yerləşdirilir.

Bu imkanlara görə "Türkiye Bursları" təqaüd proqramı dünyada ən çox ən çox müraciət edilən proqramlardan biridir.

Proqram sayəsində Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və digər ixtisaslar üzrə təqaüdlə təhsil almaq imkanı əldə edə bilərsiniz.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35