Təhsil 365 - Logo Mobile

Bu il peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb

4114.01.2025 - 08:40
Bu il peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb

Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb.

“Tehsil365” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirə zamanı açılış nitqində deyib.

Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb:

"Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb.

Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir".

Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsindən ibarət olub. Peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılmasıdır.

Şəms Əhmədzadə

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35