Təhsil 365 - Logo Mobile

Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

4515.01.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

“Azadlığa gedən yolun asimetrik savaşı” adlı tədbir Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ankarada keçiriləcək.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, anım tədbirinin təşkilatçıları Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dövlətləri Təşkilatıdır.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri, professor Aygün Attar, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu və Hacı Bayram Vəli Universitetinin müəllimi professor Zakir Avşarın çıxışları planlaşdırılıb.

Müzakirə proqramı çərçivəsində TADİV-in paytaxtdakı “Şuşa” Konqres Mərkəzində “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunacaq.

Şəms Əhmədzadə

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35