Təhsil 365 - Logo Mobile

“Qurani-Kərim” dərsliyi nəşr olunub

3816.01.2025 - 18:40
“Qurani-Kərim” dərsliyi nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun “Qurani-Kərim” dərsliyi nəşr olunub.

Dərslik 4 fəsildən ibarətdir. Birinci fəsildə – “Qurani-Kərim əlifbası” adlanan hissədə Qurani-Kərimin tarixi haqqında geniş məlumat verilir, hərflərin adları, məxrəcləri, xüsusiyyətləri, onların əvvəldə, ortada və sonda yazılışı barədə ətraflı bəhs olunur.  Bundan sonra məd hərfləri, məd hərfi – “əlif”i əvəzləyən “vav” və “yə” hərfləri, yazıda görünməyən məd hərfləri, sözlərin sonunda yazılan “hə” hərfinin oxunuş qaydası, “əlif-lam” birləşməsinin oxunuşu, “Allah” sözünün, həmçinin müqəttəə hərflərinin oxunuş qaydaları kimi mövzular təfsilatlı şəkildə öz əksini tapır.

İkinci fəsildə – “Qurani-Kərim təcvidi” adlanan hissədə təcvid elminin tərifi, məqsədi, hökmü haqqında məlumat verilir, həmçinin Quran oxuyarkən ortaya çıxacaq xətalar və bu xətaların ibadətə təsiri barədə danışılır. Bundan sonra ənənəyə uyğun olaraq, məd, idğam bəhsi, hərfi-tərif, sakin “nun” və tənvinə, eləcə də sakin “mim” və “ra” hərflərinə aid hökmlər, səktə, vəsl və vəqf, işmam, imalə, təshil kimi təcvid qaydaları nəzəri surətdə izah olunur, Qurani-Kərimdən götürülmüş nümunələrlə təsvir edilir.

Dərslikdə təcrübəyə əsaslanaraq, bəzi qaydalar daha aydın başa düşülməsi və asan qavranılması üçün cədvəllər üzrə sıralanır.

“Qurani-Kərim qiraəti – 1” və “Qurani-Kərim qiraəti – 2” adlanan fəsillərdə birinci və ikinci fəsillərdə öyrədilən nəzəri metodlar Qurani-Kərimin müəyyən surələri üzərində praktik olaraq tətbiq edilir.

Kitabın hazırlanmasında Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35