Təhsil sahəsində innovativ yanaşmaları və fasiləsiz öyrənmə prinsipini əsas götürən Tehsil365 platforması yenilənmiş loqosunu təqdim etdir. Yeni loqo, təhsilin mahiyyətini, davamlılığını və yaradıcı yanaşmanı özündə birləşdirən simvollarla zəngindir.
"Tehsil365" loqo barədə məlumatları təqdim edir:
Loqonun simvolizmi
Qələm ucu forması:
Loqoda yer alan qələm ucu elementi bilik, yazı, təhsil və yaradıcılığın simvoludur. Bu detal, platformanın təhsil sahəsindəki fəaliyyətini simvolik olaraq ifadə edir və öyrənmənin əsas alətlərindən biri olan yazıya diqqət çəkir.
"365" rəqəmi:
Loqoda əks olunan "365" rəqəmi fasiləsiz öyrənməni və il boyu davamlı inkişaf prinsipini vurğulayır. Bu, Təhsil365-in hər gün yeni biliklərə açıq olduğunu və insanları fasiləsiz öyrənməyə təşviq etdiyini göstərir.
Dairəvi forma:
Dairə tamlığı, davamlılığı və harmoniyanı təmsil edir. Bu element, təhsilin heç vaxt bitməyən bir proses olduğunu simvolizə edir. Eyni zamanda, dairə dünya planetinin formasını xatırladır və qlobal bilik paylaşımını ön plana çıxarır.
Loqonun Ümumi Görünüşü
Yeni loqo sadəliyi və aydın dizaynı ilə seçilir. Minimalist yanaşma onu asan yadda qalan və peşəkar edir. Bu üslub, modern və güclü vizual təəssürat yaratmaq üçün xüsusi seçilib.
Rəng seçiminin məna dərinliyi
Loqoda istifadə edilən rənglər arasında kontrast balansı qorunub. Bu seçim diqqəti mərkəzə cəlb etməklə yanaşı, ciddi və etibarlı bir imic yaradır. Rənglər, Təhsil365-in güvənilir və peşəkar bir platforma olduğunu vurğulayır.
Təhsil365 yenilənmiş loqosu ilə təhsil sahəsindəki mövqeyini daha da gücləndirir və davamlı inkişafın simvoluna çevrilir. Yeni loqonun verdiyi mesaj aydındır: Təhsil hər gün zaman, hər yerdə!