Təhsil 365 - Logo Mobile

Növbəti il 28 min tələbənin peşə təhsilinə cəlb edilməsi planlaşdırılır

4224.01.2025 - 07:40
Növbəti il 28 min tələbənin peşə təhsilinə cəlb edilməsi planlaşdırılır

Bu il peşə təhsili müəssisələrinə qəbul son on ilin ən yüksək göstəricisidir.

Tehsil365 xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir:

"Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu tədris ilində peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilib. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır".

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35