Təhsil 365 - Logo Mobile

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

2730.01.2025 - 13:40
Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

Təhsilin faydalarından bəhs etməyə başlasaq, yəqin ki, saatlarla danışmalı olarıq. Lakin alimlər böyükmiqyaslı tədqiqatların nəticəsində təhsil səviyyəsi aşağı və yuxarı olan insanların yaşam müddətinin fərqli olduğunu müəyyən ediblər.

Tehsil365 xəbər verir ki, ABŞ-də aparılan tədqiqatların nəticələri “The Lancet Public Health” jurnalında paylaşılıb.
Tədqiqat zamanı Vaşinqton Universitetinin Tibb Məktəbinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutu (IHME) 2000-2019-cu illər arasında ABŞ ərazisində 25 yaşdan yuxarı kişilər və qadınlar üçün təhsil fərqlərinin orta ömür müddətinə təsirini öyrənib.
Aztəhsilli insanlar daha yüksək təhsil alan şəxslərdən 2000-ci ildə 8, 2019-cu ildə isə 11 ilə qədər az yaşayırlar.
Yüksək təhsilli insanların orta ömür müddəti 2,5 il artaraq 84,2 il olub. Yarımçıq ali təhsillilərin orta ömür müddəti isə 0,7 il artaraq 82,1 ilə, orta məktəb məzunlarının isə 0,3 il artaraq 77,3 ilə çatıb. Təhsil almayan insanların isə orta yaşı 73,5 olaraq hesablanıb.
Tədqiqatda qeyd edilir ki, ABŞ-də daha yüksək təhsil səviyyəsi adətən daha yaxşı iş imkanları, o cümlədən sağlamlıq riskləri az olan daha yüksək maaşlı işlər deməkdir. Bu, insanlara sağlam həyat tərzi qurmaq və keyfiyyətli tibbi xidmət əldə etmək imkanı yaradır.
Ümumiyyətlə, araşdırma göstərir ki, qadınların orta ömür müddəti kişilərdən daha yüksəkdir. Orta məktəbi bitirməyən qadınlar təxminən 72 il yaşadığı halda, kişilərdə bu say 68-dir.

"Azərbaycan müəllimi" qəzeti

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35