Təhsil 365 - Logo Mobile

Alimlər orqanların bərpasını öyrənməkdə irəliləyiş əldə ediblər

3203.02.2025 - 02:35
Alimlər orqanların bərpasını öyrənməkdə irəliləyiş əldə ediblər

Lankaster Universitetinin britaniyalı alimləri badamcıqların cərrahi yolla çıxarıldıqdan sonra bərpa oluna biləcəyini müəyyən ediblər.

Tehsil365 xəbər verir ki, araşdırma “The Conversation” portalında dərc olunub.

Limfa sistemin bir hissəsi olan badamcıqlar bədənin infeksiyalardan qorunmasında mühüm rol oynayır. Ancaq xroniki iltihablarda bunlar çıxarılmalıdır. Badamcıqların yalnız bir hissəsinin çıxarıldığı qismən tonzillektomiya onların mümkün yenidən böyüməsinin səbəblərindən biridir.

Bu üsul bərpa müddətini qısaldır və ağırlaşma riskini azaldır, lakin xəstələrin təsminən 6 %-də, xüsusən uşaqlarda badamcıqlar yenidən böyüyə bilər ki, bu da bəzən yenidən əməliyyat tələb edir. Tədqiqatçılar uşaqlıq ilərində çıxarıldıqdan 40 il sonra badamcıqları tamamilə bərpa olunan Keti Qolden adlı ABŞ vətəndaşının xəstəlik tarixçəsinə baxıblar.

Alimlərin fikrincə, orqanların yenidən böyüməsi onların qalıq toxumasının yeni iltihaba məruz qaldığı hallarda baş verir.

Badamcıqlarin bərpası orqan bərpasının yeganə nümunəsi deyil. Məsələn, qaraciyər toxumasının yalnız 10 %-ni qoruyarkən belə tam ölçüyə qədər bərpa edə bilir. Dalaq da inanılmaz bir bərpa qabiliyyətinə malikdir: zədələnmədən və ya çıxarıldıqdan sonra fraqmentlər qarın boşluğunda "kök sala" bilər və öz funksiyalarını yerinə yetirməyə davam edir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35