"Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur”.
“Tehsil365”in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur:
“Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır", - V.Bayramov qeyd edib.