Təhsil 365 - Logo Mobile

Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub

4205.02.2025 - 13:22
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində hazırda 121 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365”ə verilən məlumata görə, onlardan 70-i müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 16-sı isə sosial reabilitasiya xidmətlərinə cəlb olunub. Eləcə də 35 nəfərə müxtəlif təlimlər, Boccia və digər idman növləri üzrə xidmətlər göstərilir.

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində ötən il 500, ümumən ötən dövrdə 4700-ə yaxın şəxs peşə hazırlığı və sosial reabilitasiyaya cəlb edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar. Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Ötən il Mərkəzdən 38 gənc həmin proqramlara cəlb edilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35