Təhsil 365 - Logo Mobile

Ötən il məzun olmuş tələbələrin 65%-dən çoxunun məşğulluğu təmin edilib

5706.02.2025 - 09:43
Ötən il məzun olmuş tələbələrin 65%-dən çoxunun məşğulluğu təmin edilib

"2024-cü ildə Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsili Mərkəzində ikili diplom proqramının tətbiqinə başlanılıb. Belə ki, İsveçrənin "SMBS - Swiss Montreux Business School" ilə Anlaşma Memorandumu imzalanıb".

Tehsil365" Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Sədr bildirib ki, həmçinin Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan "TWI Ltd" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb:

"Bu memorandumun əsas məqsədi sözügedən şirkətin qaynaq təcrübəsindən mərkəzdə istifadə etməkdir. Qeyd edim ki, mərkəzin savadlı və təcrübə dərslərində fəal olan tələbələrinin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. 2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib.

Cari il ərzində Peşə Təhsil Mərkəzində tədrisin praktiki təşkili üçün yeni emalatxanaların istifadəyə verilməsi planlaşdırılır".

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35