Təhsil 365 - Logo Mobile

Ötən ay xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb

4107.02.2025 - 07:15
Ötən ay xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb

Bu ilin yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, tədris yükü səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1, dövlət nümunəli olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 146, Rusiyadan 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşadan 10, Macarıstandan 9, İtaliyadan 8, Belarusdan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstandan 2, Avstraliyadan 1, Belçikadan 1, Çexiyadan 1, Estoniyadan 1, İndoneziyadan 1, İrandan 1, İsveçrədən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1, Türkmənistandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, biznesin idarə edilməsi üzrə 38, iqtisadiyyat üzrə 27, maliyyə üzrə 26, menecment üzrə 26, hüquqşünaslıq üzrə 20 müraciət qeydə alınıb.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35