Təhsil 365 - Logo Mobile

Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb

2507.02.2025 - 09:26
Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən “Tehsil365”ə bildirilib ki, yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda isə Türkiyədən 146, Rusiyadan 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşadan 10, Macarıstandan 9, İtaliyadan 8, Belarusdan 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstandan 2 müraciət qeydə alınıb. Avstraliya İttifaqı, Belçika, Çex Respublikası, Estoniya, İndoneziya, İran, İsveçrə Konfederasiyası, Koreya Respublikası, Latviya, Litva, Misir, Özbəkistan, Pakistan, Qırğız Respublikası və Türkmənistan kimi ölkələrin hər birindən isə 1 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciətlər biznesin idarə edilməsi (38), iqtisadiyyat (27), maliyyə (26), menecment (26), hüquqşünaslıq (20) ixtisasları üzrə qeydə alınıb.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35