Təhsil 365 - Logo Mobile

İTV-nin rəsmi saytına haker hücumu olub - FOTO

6108.02.2025 - 19:29
İTV-nin rəsmi saytına haker hücumu olub - FOTO

İctimai Televiziyanın (İTV) rəsmi internet səhifəsi və canlı yayımı kibertəhlükəyə məruz qalıb.

"Tehsil365" xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından birinin haker hücumuna məruz qalması ölkədə informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunu göstərir:

"Güman edilir ki, kiber hücum edənlər saytın zəif qorunmasından istifadə ediblər. İTV kifayət qədər baxımlı kanal olsa da, bu cür ictimai və milli informasiya resurslarının belə asanlıqla ələ keçirilməsi qəbuledilməzdir."

Osman Gündüz bildirib ki, iki gün əvvəl kibertəhlükəsizliklə bağlı keçirilən toplantıda televiziya yayımının kiber müdaxilələrdən qorunması məsələsi müzakirə olunub. O, ölkədə yayımçılar arasında yalnız AzTV-nin bu sahədə müəyyən təhlükəsizlik standartlarına cavab verdiyini qeyd edib.

Sahə eksperti vurğulayıb ki, belə hücumlar təkcə rəsmi saytları deyil, canlı yayımı da risk altına alır:

"Təsəvvür edin ki, Prezidentin çıxışı zamanı telekanalın rəsmi saytı və yayımı sıradan çıxarılır, əvəzinə fərqli kontent yayımlanır. Bu, böyük təhlükədir və qarşısı alınmalıdır."

Onun sözlərinə görə, İTV dərhal İT infrastrukturunu gücləndirməli, kibermonitorinq və təhlükəsizlik sistemlərini yeniləməli, kiber audit təşkil etdirməlidir.

Hazırda telekanalın rəsmi saytına daxil olarkən naməlum bir xarici saytın məlumatları əks olunur. İTV rəhbərliyi isə məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35