Təhsil 365 - Logo Mobile

Qubada Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək

10509.02.2025 - 09:07
Qubada Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək

5-6 iyun 2025-ci il tarixlərində Quba şəhərində “İcma, Mədəniyyət və Elmi Əməkdaşlıq” mövzusunda Gənc Etnoqrafların I Respublika Forumu baş tutacaq.

“Tehsil365” xəbər verir ki, forum etnoqraf, tarix üzrə fəlsəfə doktoru Günay Həsənovanın təşəbbüsü və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli icmaların milli-mədəni və mənəvi irsini tanıtmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və gənc etnoqraflara elmi-tədqiqat sahəsində dəstək olmaqdır.

Forum çərçivəsində həmçinin peşəkar və həvəskar rəssamlar, qrafik dizaynerlər, heykəltəraşlar və digər incəsənət nümayəndələrinin yerli icmaların mədəni irsinə həsr olunmuş sənət əsərləri – rəsm, poster və heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

Forumun əsas istiqamətləri:
🔹 Tarix
🔹 Etnoqrafiya
🔹 Arxeologiya
🔹 Mədəniyyət
🔹 Tarixi abidələr
🔹 Toponomika
🔹 Mifologiya
🔹 Coğrafiya
🔹 Etnoturizm

Azərbaycanın şimal-şərq bölgəsinə aid məqalələrə üstünlük veriləcək.

Əsas tarixlər:
📌 Qeydiyyatın açılması: 1 fevral 2025
📌 Məqalə və incəsənət nümunələrinin son qəbul tarixi: 1 may 2025
📌 Qəbul edilmiş işlərin elan edilməsi: 11 may 2025
📌 Forum proqramının elan olunması: 21 may 2025

Forumda kimlər iştirak edə bilər?
✅ Gənc tədqiqatçılar
✅ Muzey və qoruq əməkdaşları
✅ Ali təhsil müəssisələrinin tələbələri
✅ İncəsənət sahəsində mütəxəssislər
✅ Rəssamlar və qrafik dizaynerlər
✅ Milli geyim mütəxəssisləri

Forumda iştirak etməyən şəxslərə sertifikat verilməyəcək və onların məqalələri çap olunmayacaq. Tədbir həm əyani, həm də onlayn formatda keçiriləcək. İşçi dillər: Azərbaycan, ingilis, rus.

Ətraflı məlumat üçün: 🔗 soyqirim.az

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35