Təhsil 365 - Logo Mobile

"TeleDOST" altproqramı gənclərə ödənişsiz təcrübə imkanı təqdim edir

4511.02.2025 - 02:51
"TeleDOST" altproqramı gənclərə ödənişsiz təcrübə imkanı təqdim edir

Gənclər üçün yeni peşəkar inkişaf fürsəti yaradılıb. "TeleDOST" altproqramı çərçivəsində DOST TV-də könüllülük fəaliyyəti həyata keçiriləcək. Bu proqram jurnalistika, teleaparıcılıq, rejissorluq, operatorluq və montaj sənəti kimi sahələrdə təcrübə toplamaq istəyənlər üçün unikal imkan yaradır.

"Tehsil365" xəbər verir ki, proqram iştirakçıları ictimaiyyətlə effektiv əlaqələrin qurulması, televiziya işinin təşkili, xəbər istehsalı, videoreportajların hazırlanması, videomontaj və foto sənəti kimi bacarıqlara yiyələnə biləcəklər.

Bu fürsətdən jurnalistika, filologiya, sənətşünaslıq, aktyor sənəti, radiotexnika və telekommunikasiya sahələrində ali və orta ixtisas təhsili alan gənclər yararlana bilərlər.

Proqrama qoşulmaq istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat linki

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35