Təhsil 365 - Logo Mobile

"Apple" 18 illik özəlliyindən imtina edir - FOTO

3211.02.2025 - 14:49
"Apple" 18 illik özəlliyindən imtina edir - FOTO

"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPhone SE 4"ü bu gün təqdim etməyə hazırlaşır.

“Tehsil365” NTV telekanalına istinadla xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.  

Yeni telefonlarda "Home" düyməsi artıq olmayacaq. "Apple" sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı "iPhone" modelində tətbiq etmişdi. 

2012-ci ildə çıxan "iPhone 5S" ilə birlikdə "Home" düyməsi "Touch ID" (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin "Apple" 2017-ci ildə təqdim edilən "iPhone X"da üztanıma sisteminə ("Face ID") keçərək "Home" düyməsini ləğv etdi.

Şirkət "iPhone SE" modelində  (2022-ci il) sonuncu dəfə olaraq "Touch ID" və "Home" düyməsinə yer verdi. Yeni "iPhone SE" modelində (2025-ci il) yalnız "Face ID" olacaq  və barmaq izi sensoru tətbiq edilməyəcək.  Bununla da şirkət "iPhone SE 4" modeli ilə 18 illik özəlliyindən imtina edir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35