Təhsil 365 - Logo Mobile

Maskın "OpenAI"ni təxminən 100 milyard dollara almaq istəyinə Altmandan əks-təklif

3611.02.2025 - 15:17
Maskın "OpenAI"ni təxminən 100 milyard dollara almaq istəyinə Altmandan əks-təklif

Süni intellekt sahəsində ən perspektivli şirkətlərdən biri, məşhur "ChatGPT" çat-botunun yaradıcısı "OpenAI" üzərində nəzarət uğrunda ciddi mübarizə başlayıb. Amerikalı milyarder İlon Mask investorlar konsorsiumuna müraciət edərək qeyri-kommersiya təşkilatını 97.4 milyard dollar almağı təklif edib.

“Tehsil365” xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Lakin "OpenAI"nin hazırkı rəhbəri Sem Altman bunun əleyhinə çıxıb. O, Maskın təklifinə cavab olaraq "X" sosial şəbəkəsini almağı təklif edib, bununla da Maskın "Twitter"i 44 milyarda alması ilə bağlı ötənilki sövdələşməsinə işarə edib.

"Xeyr, təşəkkür edirəm, amma istəsəniz, "Twitter"i 9.74 milyard dollara ala bilərik", - deyə o, istehza ilə özünün "X" hesabında yazıb.

Qeyd edək ki, iki biznesmen arasındakı münaqişənin dərin kökləri var. "OpenAI"nin təsisçilərindən olan, lakin 2018-ci ildə direktorlar şurasını tərk edən Mask, şirkətin kommersiyalaşma və "Microsoft" ilə əməkdaşlıq kursuna qarşıdır.

"OpenAI"nin açıq mənbəyə qayıtması vaxtı gəlib", - deyə Mask bildirib.

Bu mübarizədə Mask özünün "X.AI" süni intellekt startapı və bir sıra iri investorların dəstəyini qazanıb. Sövdələşmə baş tutacağı təqdirdə "OpenAI"nin "X.AI" ilə birləşdirilməsi planlaşdırılır. Mask həmçinin "Valor Equity Partners", "Baron Capital", "Atreides Management", "Vy Capital", "8VC" və digərləri daxil olmaqla bir neçə investorun dəstəyini alıb.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35