Təhsil 365 - Logo Mobile

Region gəncləri üçün kinematoqrafiya akademiyası – yeni inkişaf imkanı!

5011.02.2025 - 16:20
Region gəncləri üçün kinematoqrafiya akademiyası – yeni inkişaf imkanı!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Region gənclərinin kinematoqrafiya akademiyası" layihəsinə start verilir.

"Tehsil365" xəbər verir ki, layihənin əsas məqsədi regionda yaşayan gənclərin aktyorluq, rejissorluq və ssenaristlik sahələrində yaradıcılıq potensialını üzə çıxarmaq, onlara peşəkar bilik və praktiki təcrübə qazandırmaqdır.

Layihə çərçivəsində:
Peşəkar ekspertlərdən aktyorluq, rejissorluq və ssenaristlik üzrə intensiv təlimlər;
Seçilən iştirakçılarla qısametrajlı filmin hazırlanması;
Filmin münsiflər qarşısında təqdimatı və qiymətləndirilməsi;
Sertifikatla təltif olunma imkanı.

Kimlər müraciət edə bilər?
17-29 yaş arası olan;
Aktyorluq, rejissorluq və ya ssenaristlik sahəsinə maraq göstərən;
Komandada işləmə bacarığı olan;
Gəncə və ətraf regionlarda yaşayan gənclər.

Layihənin keçiriləcəyi tarix: Mart 2025
Məkan: Gəncə şəhəri

Müraciət üçün son tarix: 25 fevral 2025-ci il
Müraciət linki: Buraya klik edin

Bu fürsəti qaçırmayın və kino sahəsində peşəkar inkişaf üçün ilk addımınızı atın!

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35