Təhsil 365 - Logo Mobile

Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

4711.02.2025 - 18:15
Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğulluq proqramından 2500 gənc faydalanıb.

"Tehsil365" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İnsan İnkişafı Forumunda çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, ötən il təxminən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib. İl ərzində isə 150-dən çox əmək yarmarkası təşkil olunub, peşə yönümlü xidmətlərin sayı 200 mini keçib.

"İqtisadi tərəqqi təkcə kapital və təbii sərvətlərdən deyil, eyni zamanda insan zəkası və innovasiyalardan asılıdır", - deyə nazir müavini gənclərə çağırış edib.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35