Təhsil 365 - Logo Mobile

Məktəbdənkənar təhsildə islahatlara ehtiyac var

7612.02.2025 - 07:08
Məktəbdənkənar təhsildə islahatlara ehtiyac var

Məktəbdənkənar təhsil sahəsində islahatlara ehtiyac var

“Tehsil365” xəbər verir ki, “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda MÜTDA-nın direktoru Eşqi Bağırov məktəbdənkənar fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, tədbirin əsas məqsədi bu sahənin mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. “Ölkəmizin gənc nəsli bizim ən qiymətli sərvətimizdir. Onların hərtərəfli inkişafını təmin etmək və müasir dövrün tələblərinə uyğun təhsil imkanları yaratmaq əsas hədəfimizdir”, – deyə Bağırov qeyd edib.

Məlumata görə, ötən tədris ilində məktəbdənkənar fəaliyyətlərə maraq yüksək olub. Belə ki, idman yarışlarında 1 milyondan çox, yaradıcılıq tədbirlərində isə 66,500-dən çox şagird iştirak edib.

Agentliyin keçirdiyi monitorinqlər göstərib ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkilinə ehtiyac var. Bu istiqamətdə hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması üzrə işlər davam etdirilir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35