“Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, Qırmızı Ürəklər Fondu tərəfindən elan edilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı başa çatıb. Proqrama ümumilikdə 306 nəfər müraciət edib, onlardan 69 namizəd müsahibə mərhələsinə dəvət olunub. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub.
Qaliblər 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Seçim zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.
Bu ilki proqram Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib və təqaüd “Birbank”la birgə keçirilən “Onu oxut” ianə kampaniyasının toplanan vəsaiti ilə təmin olunub. Proqram, təhsildə bərabər imkanların təmin edilməsi və gələcəyin istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.