Təhsil 365 - Logo Mobile

Məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə tibbi arayışlar inteqrasiya olunur

8212.02.2025 - 12:34
Məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə tibbi arayışlar inteqrasiya olunur

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı tələb olunan sağlamlıq haqqında tibbi arayışların elektronlaşdırılması həyata keçirilib. Bu yenilik valideynlər və təhsil müəssisələri üçün prosesi daha sürətli və rahat edəcək.

"Tehsil365" xəbər verir ki, tibbi arayışlar artıq birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək. Bu proses aşağıdakı qaydada həyata keçirilir:

  • Məktəbəqədər təhsil müəssisəsinə qəbul olunan uşağın valideyni və ya digər qanuni nümayəndəsi müraciəti qəbul edildikdən sonra sağlamlıq haqqında tibbi arayış əldə etmək üçün müvafiq poliklinikaya müraciət edir.

  • Müayinə başa çatdıqdan sonra arayış 48 saat ərzində bq.edu.az portalında valideynin şəxsi kabinetinə və təhsil müəssisəsinin sisteminə əlavə olunur.

  • Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri sağlamlıq haqqında tibbi arayışları elektron sistem üzərindən əldə edə bilirlər.

Valideynlər bq.edu.az portalına daxil olaraq övladlarının elektron tibbi sağlamlıq arayışını rahatlıqla əldə edə bilərlər.

Bu yenilik məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində şəffaflığı və operativliyi artırmağa xidmət edir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35