Təhsil 365 - Logo Mobile

Bu uşaqlar bağçalardan çıxarıla bilər – Təkliflər hazırlanır

15912.02.2025 - 13:59
Bu uşaqlar bağçalardan çıxarıla bilər – Təkliflər hazırlanır

“Qanunvericiliyə dəyişiklik edildikdən sonra bağçalarda hansısa səbəblər üzündən və müəyyən müddət ərzində davamiyyəti aşağı olan uşaqların kənarlaşdırılması nəzərdə tutula bilər”.
“Tehsil365” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, bunun üçün normativ hüquqi baza təkmilləşdirilməlidir: “Bu istiqamətdə işlər aparılır. Məsələ ilə bağlı təkliflər müzakirə mərhələsindədir”. 
E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində davamiyyətin aşağı olması hallarına rast gəlinir: “Lakin bu, kütləvi xarakter daşımır. Uşaqların maksimum 5-10 faizinin müxtəlif səbəblərdən - bəzi hallarda bu səbəblər üzrlü də deyil - davamiyyətlərində problemlər olur. Bugünkü qanunvericilik belə uşaqların müəssisələrdən kənarlaşdırılmasına imkan vermir”, - deyə o əlavə edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35