Təhsil 365 - Logo Mobile

Mask süni intellekt sahəsində növbəti yeniliyin anonsunu verdi

2613.02.2025 - 13:11
Mask süni intellekt sahəsində növbəti yeniliyin anonsunu verdi

"xAI" şirkətinin "Grok" süni intellekti əsasında dil modelinin növbəti nəsli olan "Grok 3" bir və ya iki həftə ərzində buraxılacaq.

“Tehsil365” TASS-a istinadla xəbər verir ki, bunu "xAI" şirkətinin sahibi İlon Mask Dubayda Dünya Hökumət Sammitində çıxış edərkən deyib.

"Son sınaqları yekunlaşdırmaq lazımdır. İşin yaxşı yerinə yetirildiyinə əmin olmalıyam. Buna bir həftə, bəlkə də iki həftə vaxt gedəcək. Güman ki, "Grok 3" dünya üzrə süni intellekt bazarında hazırda ən yaxşısıdır".

Qeyd edək ki, "Grok 2" nəsli 2024-cü ilin avqustunda təqdim edilib. İ.Mask süni intellekt sahəsi üzrə "xAI" startapını 2023-cü ilin aprelində təsis edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35