Təhsil 365 - Logo Mobile

"Mədəniyyət" kanalının 14 yaşı tamam olur

3214.02.2025 - 09:52
"Mədəniyyət" kanalının 14 yaşı tamam olur

"Mədəniyyət" kanalının yaradılmasından 14 il ötür.

“Tehsil365” xatırladır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal 14 fevral 2011-ci il saat 20:30-da yayıma başlayıb.

"Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də eksklüziv yayım hüququna malikdir.

"Mədəniyyət" kanalı 2014-cü il sentyabrın 1-də 16:9 təsvir formatlı yayıma keçib.

2018-ci il fevralın 14-dən 24 saatlıq yayım rejiminə başlayıb.

31 may 2021-ci ildən etibarən isə Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilib.

“Tehsil365” kollektivi "Mədəniyyət" kanalında işləyən həmkarlarını təbrik edir və onlara bol-bol uğurlar arzulayır!

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35