Təhsil 365 - Logo Mobile

"IV İnkişaf və Təcrübə Akademiyası" üçün qeydiyyat başladı

4114.02.2025 - 18:55
"IV İnkişaf və Təcrübə Akademiyası" üçün qeydiyyat başladı

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş ofisində start götürəcək "IV İnkişaf və Təcrübə Akademiyası" təcrübə proqramı üçün qeydiyyat açıq elan edilib. Bu proqram, 18-25 yaş arası gənclərə zamanlarını səmərəli dəyərləndirmək, bacarıqlarını inkişaf etdirmək və real iş mühitində təcrübə qazanmaq imkanı yaradır.

"Tehsil365" xəbər verir ki, 3 ay davam edəcək təcrübə proqramı aşağıdakı istiqamətləri əhatə edir:

  • Layihələrin və tədbirlərin idarəedilməsi

  • Gənclər sahəsində iş

  • Sosial Media Marketinq

Proqrama qoşulmaq üçün tələblər:

  • İlkin kompüter biliklərinə malik olmaq

  • Seçilmiş sahə üzrə baza bilik və bacarıqlara sahib olmaq

  • Öyrənməyə açıq, məsuliyyətli və təşəbbüskar olmaq

  • Həftə ərzində ümumi olaraq 8-10 saat fəaliyyət göstərmək

Proqram iştirakçıları üçün üstünlüklər:

  • Qeyd olunan istiqamətlər üzrə praktiki təcrübə imkanı

  • Şəxsi inkişaf seminarları və təlimlərdə iştirak hüququ

  • Real iş mühitində təcrübə qazanmaq

  • Ofis proqramları ilə işləmə bacarıqlarını inkişaf etdirmək

  • Proqramı uğurla başa vuranlara sertifikat təqdim olunacaq

Təcrübə proqramına müraciət üçün son tarix 16 fevral, saat 23:59-dur.

Müraciət üçün link:
Qeydiyyat linki

Qeyd: Təcrübə proqramı ödənişsizdir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35