Təhsil 365 - Logo Mobile

"Miqrasiya Könüllüsü" İctimai Birliyi təcrübə proqramı elan edir

9216.02.2025 - 09:19
"Miqrasiya Könüllüsü" İctimai Birliyi təcrübə proqramı elan edir

"Tehsil365" xəbər verir ki, "Miqrasiya Könüllüsü" İctimai Birliyi gənclər üçün "Təcrübə proqramı" elan edib. Proqram çərçivəsində iştirakçılar təşkilatın müxtəlif departamentlərində fəaliyyət göstərərək seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Təcrübə proqramı müddətində gənclər yerli və beynəlxalq layihələrdə iştirak edəcək, öz ideyalarını reallaşdıraraq bacarıqlarını təkmilləşdirəcəklər. Eyni zamanda, Miqrasiya Könüllüsü ailəsinin bir üzvü olmaq şansı əldə edəcəklər.

Təcrübə proqramına müraciət edən gənclər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:

Beynəlxalq Əlaqələr

Layihələrin yazılması və idarə olunması

İctimaiyyətlə Əlaqələr və Media

Üzvlərlə İş və Təşkilati Məsələlər

Proqram 3 ay davam edəcək və uğurla başa vuran iştirakçılar diplomla təltif olunacaqlar.

Son qeydiyyat tarixi: 18 fevral 2025, saat 23:59

Qeydiyyat linki: Buradan qeydiyyatdan keçin

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35