Təhsil 365 - Logo Mobile

Proqram sistemlərinin keyfiyyət göstəriciləri ilə bağlı tədqiqatlar aparılacaq

3718.02.2025 - 12:37
Proqram sistemlərinin keyfiyyət göstəriciləri ilə bağlı tədqiqatlar aparılacaq

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi seminar keçirilib

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

Mövzuya dair institutun dissertantı Eldəniz İsmayılov çıxış edərək qeyd edib ki, tədqiqat işinin əsas məqsədi proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metodların tətbiqi və alqoritmlərin işlənib-hazırlanması, süni intellekt və maşın təlimi kimi qabaqcıl texnologiyalar vasitəsilə proqramların əsas keyfiyyət göstəricilərinin daha dəqiq və dinamik şəkildə qiymətləndirilməsidir.

E.İsmayılov, həmçinin tədqiqat işində qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, dissertasiya çərçivəsində proqram sistemlərinin əsas keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və təsnifatı, mövcud metodların və yanaşmaların təhlili, intellektual metod və alqoritmlərin seçilməsi, onların modifikasiyası və işlənməsi, intellektual metod və alqoritmlərin proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinə tətbiqi, təklif olunmuş metod və alqoritmlərin sınaqdan keçirilməsi və nəticələrin təhlili kimi məsələlərə baxılacaq.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələyə həsr olunduğunu bildirib. Alim bu istiqamətdə tədqiqat obyektinin dəqiqləşdirilməsi və konkretləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması və icmal xarakterli məqalənin hazırlanması ilə bağlı tövsiyələrini verib.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35