Təhsil 365 - Logo Mobile

Baku TV yeddi yaşını qeyd edir

3118.02.2025 - 16:32
Baku TV yeddi yaşını qeyd edir

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV fevralın 18-də yeddi yaşını qeyd edir.

“Tehsil365” xəbər verir ki, hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.

Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də "Azərspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Kanalın direktoru Ramin Cəfərov qeyd edib ki, kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri beş dildə - Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır.

Ətraflı videosüjeti təqdim edirik:

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35