Təhsil 365 - Logo Mobile

Akademik Arif Həşimov: Ötən il elmi müəssisələrdə 1787 tədqiqat işi aparılıb

3420.02.2025 - 14:20
Akademik Arif Həşimov: Ötən il elmi müəssisələrdə 1787 tədqiqat işi aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə ötən il elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.

“Tehsil365” xəbər verir ki, bunu AMEA-nın akademik-katibi akademik Arif Həşimov fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsində söyləyib.

Akademik qeyd edib ki, 2024-cü ildə elmi müəssisələrdə çalışan alimlər tərəfindən 521 kitab və monoqrafiya, 118 dərslik, 3561-i xaricdə (bunlardan 1192-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9245 məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 45507 istinad olunub.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə bu istiqamətdə AMEA tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən akademik A.Həşimov akademiyanın elmi bölmələri, elmi müəssisələri və təşkilatları tərəfindən ümumilikdə 71 tədbirin təşkil olunduğunu, 30 kitab, 32 məqalənin hazırlandığını söyləyib.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35