Təhsil 365 - Logo Mobile

İkinci Respublika Bilik Müsabiqəsinin ilk mərhələsi 1 martda keçiriləcək - FOTO

11223.02.2025 - 20:20
İkinci Respublika Bilik Müsabiqəsinin ilk mərhələsi 1 martda keçiriləcək - FOTO

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Eagles Olympiad tərəfindən təşkil olunan İkinci Respublika Bilik Müsabiqəsinin ilk mərhələsi 1 mart 2025-ci il tarixində, saat 14:00-da baş tutacaq.

Tehsil365” xəbər verir ki, müsabiqə 2-8-ci sinif şagirdləri arasında keçiriləcək və nəticələr əsasında şagirdlərin ölkə üzrə reytinqi tərtib olunacaq. Yüksək nəticə göstərən iştirakçılar kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə iştirak edən bütün şagirdlərə sertifikat təqdim ediləcək.

Bundan əlavə, müəllimlər də qeydiyyatdan keçərək bilik yarışına qoşula və qalib olmaq şansı əldə edə bilərlər.

Qeydiyyat üçün: www.eagles.az

Bilik yarışında iştirak edərək özünü sınamaq və yüksək nəticə qazanmaq imkanı əldə et!

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35