Təhsil 365 - Logo Mobile

"Şən uşaqlar" layihəsi uğurla davam etdirilir

3524.02.2025 - 12:20
"Şən uşaqlar" layihəsi uğurla davam etdirilir

"Şən uşaqlar" layihəsi Şəmkir rayonu Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbində uğurla davam etdirilir.

“Tehsil365” xəbər verir ki, "Şən uşaqlar" icma əsaslı məktəbəqədər təhsil qrupunda layihənin məqsədinə uyğun olaraq uşaqların zehni və psixi inkişafı, eləcə də ətraf mühitə sosial adaptasiyanın ən mükəmməl formada inkişaf etməsi istiqamətində 2-5 yaşlı uşaqlara qeyri-ənənəvi təhsil metodları, maraqlı öyrənmə ilə özlərini xoşbəxt hiss edəcəkləri bir mühit təqdim edilir.

Təlimçi-mentor, pedaqoq Dilbər Tofiqqızı və psixoloq-loqoped Zeynəb Abbasova tərəfindən uşaqların inkişafına dəstək istiqamətində valideyn və tərbiyəçi-müəllimlərə təlimlər keçirilir.

Xatırladaq ki, layihə Şəmkir rayonunda Ülviyyə Cəlilova tərəfindən icra edilir. Qrant proqramının həyata keçirilməsində əsas məqsəd 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdən ibarətdir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35