Təhsil 365 - Logo Mobile

Kollecdə “Xocalı – səni heç vaxt unutmarıq” adlı tədbir keçirilib - FOTO

7226.02.2025 - 12:27
Kollecdə “Xocalı – səni heç vaxt unutmarıq” adlı tədbir keçirilib - FOTO

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı – səni heç vaxt unutmarıq” adlı tədbir keçirilib.

Kollecdən “Tehsil365”ə bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə kollecin tarix müəllimi Məhsəti Səfiyarlı bildirib ki, xalqımızın tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 33 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.

Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və dəhşətlisidir. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir.

Çıxışının sonunda Məhsəti müəllim bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu: “Biz illərdir bu anı gözlədik. Xocalının intiqamını bu birliyimizlə aldıq və Ermənistana layiq olduğu yeri göstərdik”.

Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və şanlı Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınıb.

Azərbaycan xalqının qarlı, qiyamətli bir gündə baş vermiş bu faciəni heç vaxt unutmayacağını söyləyən Ş.Laçınov bildirib ki, xalqımız həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir. İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşayacaq.

Tədbirin sonunda kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tələbələr Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyib və kompozisiyalar təqdim ediblər.

Elmina Muxtarlı

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35